Psixohəndəsə testləri şəxsiyyəti öyrənmək üçün tərtib olunmuş
metodikadır. Bu metodikann müəllifi Amerika (ABŞ) psixoloqu Syuzen Delligerdir.
Metodika 1989-cu ildə çap olunmuşdu və onun diaqnostika dəqiqliyi 85%-ə çatır.
Metodikanın əsasında 4 həndəsi fiqur
durur və psixoloq insanları xarakterinin xüsusiyyətlərinə görə 4 qrupa bolür: “kvadrat”-zəhmətkeş, “üçbucaq”-lider, “dairə”-əlaqə yaradan, “ziqzaq”-yaradıcı.
Bu üsul vasitəsi ilə şagirdlərin qrup şəklində
işləməsini təşkil etmək müvəffəqiyyətlə həyata keçirilə bilər. Uşaqları
psixoloji tipə əsasən qruplaşdırmaq olar. Bunun üçün şagirdlərə bu 4
fiqurdan bəyəndikləri hər hansı birini
seçmək təklif olunur. Sonra hər psixoloji tipdən bir-bir götürməklə qruplar
yaratmaq olar. Beləliklə,
hər qrup müxtəlif psixoloji tipdən təşkil olunur.
Müntəzəm olaraq, qrupun tərkibi dəyişdirilməlidir (tip müxtəlifliyini saxlamaq
şərti ilə). Belə qruplarda işləyərkən şagirdlər özlərini həm şəxsiyyət kimi, həm
də komandanın bir üzvü kimi hiss edir, qrup daxilində müzakirələr edərək bir nəticəyə
gəlməyi öyrənirlər.
Tiplərə
bölünmənin sonunda müəllim mütləq bunun mənasını və məqsədini tələbələrə
anlatmalıdır.
Müəllim aşağıdakı suallarla çagirdlərə müraciət edə bilər:
—Çox yaxşı
tanıdıınız bu fiqurların adlarını və əsas xassələrini söyləyə bilərsinizmi?
—Bu
fiqurlara baxın və onlardan eləsini
seçin ki, onun haqqında “bu mənəm” deyə
biləsiniz. Əgər bu seçimdə çətinlik çəkirsinizzsə, onda sizin diqqətinizi cəlb
edən bəyəndiyiniz, xoşunuza gələn fiquru seçin, dəftər vərəqinə köçürün və
üstünə adınızı yazın.
—Deyə bilərsinizmi,
nə üçün məhz bu fiquru seçmisiniz? Nəyə görə bu fiqur xoşunuza gəlir?
—Gəlin bir
eksperiment aparaq. Bu eksperiment Amerikalı psixoloq Syuzen Delligerdirin
yaratdığı metodika əsasında hazırlanıb. Seçdiyiniz fiqur sizin subyektiv
formanızdır, sizin xarakterinizin və davranışınızın əsas xüsusiyyətlərini təyin etməyə imkan
verir.
Sonra müəllim hər hansı bir fiqurun adını çəkmədən onun
psixoloji portretini oxuyur:
1) Kvadrat-zəhmətkeş, dözümlü,qayda-qanuna riayət
etməyi xoşlayan,
ehtiyatlı,riskə
getməyi sevməyən,qənaətcil .
2) Üçbucaq- lider
olmaq üçün dünyaya gəldiyini sanan,qarşısına aydın
məqsəd
qoyan və adətən bu məqsədinə çatan, özünə inanan, cürətli .
3) Dairə -mehriban, hamı ilə xoş münasibət qurmaq
istəyən,
sülhsüvər,
yumşaq xassiyyətli, konfliktsiz, bir qədər passiv .
4) Ziqzaq-yaradıcı, intuisiyası güclü,qeyri-adi
düşüncə tərzinə
malik .
Müəllim şagirdləri hər fiqurdan bir nəfər
olmaqla qruplara bölür. Yəni bir qrupda həm “kvadrat”, həm “üçbucaq”, həm “dairə”,
həm də ziqzaq olmalıdır. Beləliklə, 5-6 qrup yaratmaq olar. Hər qrupda
kapitan seçilir (bu, “üçbucaq” ola bilər). Bundan sonra müəllim qruplara
tapşırıqlar verir.Verilən tapşırıqları bir qrup daxilində həll etmək lazımdır.

Комментариев нет:
Отправить комментарий