Riyaziyyat dərslərinin tədrisində müasir dövrə uyğun olaraq, Riyaziyyatın informasiyalaşdırılması prosesi, ən yeni kompyuter texnologiyalarının tətbiqi və İnternet öz əksini tapmalıdır. Gənc nəsil keyfiyyətcə yeni informasiya mühitində yaşamağı və işləməyi öyrənməli, onun yeniliklərini qəbul etməli və ondan istifadə etməyi bacarmalıdır.Dərsdə kompüterdən istifadənin forma və yeri, əlbəttə bu dərsin məzmunundan, qarşıya qoyulan məqsəddən asılıdır. Belə dərsin aşağıdakı funksiyalarını sadalamaq olar:
• instrumental (əyani vəsaitlərlərin hazırlanması);
• nümayiş ( slaydlar, təqdimatlar, filmlərin göstərilməsi);
• tədris (trenajorlar);
• yoxlama.
İT tətbiqi ilə müxtəlif dərs növləri mövcuddur: kompüterdən bir əyani vəsait kimi istifadə etməklə dərs-söhbət, tədqiqat işlərinin təklif oluması və aparılması dərsləri, məşğələ dərsləri, yoxlama dərsləri, qarşılıqlı dərslər və s. Təcrübə göstərir ki,
Riyaziyyat dərslərində kompüterdən istifadə etmək aşağıdakı hallarda daha məqsədəuyğundur:
• şifahi hesablamalarda (tez bir zamanda tapşırığı verib, cavabı yoxlamaq);
• yeni materialın öyrənilməsində (müxtəlif əyani vəsaitdən istifadə etmək,yeni anlayışlara keçidin motivasiyasını qurmaq);
• frontal sorğunun yoxlanmasında;
• məsələlərin həllində (şəkilin çəkilməsi, müəyyən bacarıqların oyrədilməsi);
• şagirdlərin tədqiqat fəaliyyətinin təşkilində;
• başqa uyğun fənlərlə qarşılıqlı əlaqələrin qurulmasında.
“Bu cür aparılan dərslərin üstünlüyü nədən ibarətdir?” sualına belə cavab verərdim: belə dərslərdə şagird tədrisin subyektinə çevrilir,şagirdlə işləməyin optimal tempi əldə edilir, verilən tapşırıqların sayı artır, şagirdin buraxdığı səhvlər tez tapılıb düzəldilir,şagirdin işi tez qiymətləndirilir, müəllim işlərin yoxlanılmasına az vaxt sərf edir, telekommunikasiya vasitələrindən istifadə edərək başqa məkanların verilənlər bazasından əldə olunmuş materiallarla dərsi təmin etmək mümkün olur, kompüterlə işləyərkən dərsdə oyun elementləri ortaya çıxır və bu da əksər uşaqlarda tədrisə marağı artırır. Təhsildə Kompüter Texnologiyalarının bütün imkanlarının istifadəsi şagirlərin öyrənmə həvəsini, yaradıcılıq təşəbbüsünü, özünə və özünün təhsilinə aktiv mövqeyini stimullaşdırır.
Комментариев нет:
Отправить комментарий