воскресенье, 30 октября 2016 г.

Dərs üsullarımdan biri-distant yoxlama işləri

    Müasir  təlim sistemində  innovasiya  sistemində  innovasiya  texnologiyaların tətbiqinin  faydaları  haqqında  yüzlərlə fikirlər söylənilib, məqalələr dərc olunub. Bu məqaləmdə  mən illərdir ki, dərslərimdə  və fakultativ  məşğələlərimdə geniş istifadə  etdiyim www.uztest.ru saytı  haqqinda yazmaq istəyirəm.
     Hər kəsə  məlumdur ki, müasir  uşaqlar sosial şəbəkələrdən və internet saytlarından istifadəni çox sevirlər və bu saytda onlayn test və tapşırıqları yerinə yetirməyə bir oyun və ya əyləncə kimi yanaşsalar da, eyni zamanda istənilən mövzuya aid tapşırıqlar və testlər yerinə yetirirlər.
      Saytda həm müəllim kimi, həm də müstəqil şagird kimi qeydiyyatdan keçib istifadə  etmək olar. Müəllim kimi qeydiyyatdan  keçdikdə sizin virtual kabinetiniz yaranır. Burada siz öz şagirdlərinizi qeydiyyatdan keçirirsiniz və virtual siniflər yaradırsiniz. İstənilən mövzuya aid  treninglər və testlər yerləşdirdikdən sonra, şagirdlər distant  şəkildə bu tapşırıqları yerinə  yetirirlər və bu tapşırıqların cavabları avtomatik olaraq  yoxlanılır. Muəllim bu nəticələri qiymətləndirdikdən sonra  qiymətləri virtual jurnala qeyd edir və hər bir şagird qiymətlərini öz səhifəsində görə bilir. 
UZTEST
View more presentations or Upload your own.

Комментариев нет:

Отправить комментарий