Hər kəsə
məlumdur ki, müasir uşaqlar
sosial şəbəkələrdən və internet saytlarından istifadəni çox sevirlər və bu
saytda onlayn test və tapşırıqları yerinə yetirməyə bir oyun və ya əyləncə kimi
yanaşsalar da, eyni zamanda istənilən mövzuya aid tapşırıqlar və testlər yerinə
yetirirlər.
Saytda həm müəllim kimi, həm də müstəqil
şagird kimi qeydiyyatdan keçib istifadə
etmək olar. Müəllim kimi qeydiyyatdan
keçdikdə sizin virtual kabinetiniz yaranır. Burada siz öz şagirdlərinizi
qeydiyyatdan keçirirsiniz və virtual siniflər yaradırsiniz. İstənilən mövzuya
aid treninglər və testlər yerləşdirdikdən
sonra, şagirdlər distant şəkildə bu
tapşırıqları yerinə yetirirlər və bu
tapşırıqların cavabları avtomatik olaraq
yoxlanılır. Muəllim bu nəticələri qiymətləndirdikdən sonra qiymətləri virtual jurnala qeyd edir və hər
bir şagird qiymətlərini öz səhifəsində görə bilir. İNFİNİTY
воскресенье, 30 октября 2016 г.
Dərs üsullarımdan biri-distant yoxlama işləri
пятница, 28 октября 2016 г.
İnformasiya Texnologiyalarının təhsildə rolu
Riyaziyyat dərslərinin tədrisində müasir dövrə uyğun olaraq, Riyaziyyatın informasiyalaşdırılması prosesi, ən yeni kompyuter texnologiyalarının tətbiqi və İnternet öz əksini tapmalıdır. Gənc nəsil keyfiyyətcə yeni informasiya mühitində yaşamağı və işləməyi öyrənməli, onun yeniliklərini qəbul etməli və ondan istifadə etməyi bacarmalıdır.Dərsdə kompüterdən istifadənin forma və yeri, əlbəttə bu dərsin məzmunundan, qarşıya qoyulan məqsəddən asılıdır. Belə dərsin aşağıdakı funksiyalarını sadalamaq olar:
• instrumental (əyani vəsaitlərlərin hazırlanması);
• nümayiş ( slaydlar, təqdimatlar, filmlərin göstərilməsi);
• tədris (trenajorlar);
• yoxlama.
İT tətbiqi ilə müxtəlif dərs növləri mövcuddur: kompüterdən bir əyani vəsait kimi istifadə etməklə dərs-söhbət, tədqiqat işlərinin təklif oluması və aparılması dərsləri, məşğələ dərsləri, yoxlama dərsləri, qarşılıqlı dərslər və s. Təcrübə göstərir ki,
среда, 26 октября 2016 г.
Sinfin qruplara bölünməsi üsullarından biri
Psixohəndəsə testləri şəxsiyyəti öyrənmək üçün tərtib olunmuş
metodikadır. Bu metodikann müəllifi Amerika (ABŞ) psixoloqu Syuzen Delligerdir.
Metodika 1989-cu ildə çap olunmuşdu və onun diaqnostika dəqiqliyi 85%-ə çatır.
Metodikanın əsasında 4 həndəsi fiqur
durur və psixoloq insanları xarakterinin xüsusiyyətlərinə görə 4 qrupa bolür: “kvadrat”-zəhmətkeş, “üçbucaq”-lider, “dairə”-əlaqə yaradan, “ziqzaq”-yaradıcı.
Bu üsul vasitəsi ilə şagirdlərin qrup şəklində
işləməsini təşkil etmək müvəffəqiyyətlə həyata keçirilə bilər. Uşaqları
psixoloji tipə əsasən qruplaşdırmaq olar. Bunun üçün şagirdlərə bu 4
fiqurdan bəyəndikləri hər hansı birini
seçmək təklif olunur. Sonra hər psixoloji tipdən bir-bir götürməklə qruplar
yaratmaq olar. Beləliklə,
вторник, 25 октября 2016 г.
Özünüzü sınayın
Əziz oxucularım, siz www.sinif.az saytına baş çəklmisiniz?
Bu, bir elektron interaktiv təlim sistemidir.
Azərbaycan dilində belə bir layihənin yaradılması çox sevindirici haldır.
sinif.az layihəsi milli internet məkanında məzmunlu şəbəkə resurslarının yaradılması və İKT-nin pedaqoji praktikaya gətirilməsi, distant təhsil vasitəsilə fərdi təlimin təşkili üçün universal platformanın formalaşdırılması, mərkəzləşdirilmiş kütləvi qiymətləndirmə (imtahan) tədbirlərinin həyata keçirilməsi kimi məqsədlərə xidmət edir.
Bu, bir elektron interaktiv təlim sistemidir.Azərbaycan dilində belə bir layihənin yaradılması çox sevindirici haldır.
sinif.az layihəsi milli internet məkanında məzmunlu şəbəkə resurslarının yaradılması və İKT-nin pedaqoji praktikaya gətirilməsi, distant təhsil vasitəsilə fərdi təlimin təşkili üçün universal platformanın formalaşdırılması, mərkəzləşdirilmiş kütləvi qiymətləndirmə (imtahan) tədbirlərinin həyata keçirilməsi kimi məqsədlərə xidmət edir.
пятница, 21 октября 2016 г.
Layihələr üsulu
Dərsin ən maraqlı formalarından biri də layihə yadacılığıdır. Belə bir dərs növü İnformasiya texnologiyalarını öyrənmək imkanlarının artırılmasına yönəlmişdir. Bu dərs forması həm müəllim, həm də şagird tərəfindən çox böyük hazırlıq tələb edir. Şagirdlərə tapşırıq verilir və beləliklə, layihənin yaradılması prosesi başlanır... Layihə üzərində iş bir neçə mərhələyə bölünür:четверг, 20 октября 2016 г.
Rəvayət
Bir dəfə şagirdləri Xinq Şidən soruşdular ki, bir Müəllim kimi onun əsas vəzifəsi nədən ibarətdir. Müdrik müəllim belə cavab verdi:
-Sabah siz bunu bilərsiniz.
Sabahısı gün şagirdlər yerli camaatın Ölməz Dag adlandırdıqları Syan Yuz dagının ətəklərində dincəlməyi qərara almışdılar. Səhər tezdən onlar lazım ola biləcək əşyaları yığıb yola düşdülər.
Günorta ac və yorgun halda gözəl bir yerə çatıb dincəlmək istədilər. Nahara müəllimin gətirdiyi düyü və duzlu tərəvəzlərdən də yedilər.Onu da deyək ki, müəllim tərəvəzləri həddindən artıq duzlamışdı... Odur ki, bir müddətdən sonra şagirdlər su içmək istədilər. Tərslikdən, gətirdikləri su da qurtarmışdı.Onda onlar ayağa qalxıb ətrafa su axtarışına çıxdılar.

Подписаться на:
Комментарии (Atom)